İrəvandan müharibəyə YAŞIL İŞIQ, yox etmək TƏCRÜBƏSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
162 baxış·4 dəq oxu
Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan
Moskvaya səfər edəcək. Suriyada İranla bağlı silahlı qruplaşmalar
İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırırlar. ABŞ Baş
Qərargahının sözçüsü general-leytenant Kennet Makkenzi Çini təhdid
edib. ABŞ prezidentinin alüminium və polad idxalına tətbiq etdiyi
gömrük vergisi bugündən qüvvəyə minib. Pentaqon Cənubi Koreya və
Yaponiyanın müdafiəsi üçün nüvə silahı istifadə etməyə hazır
olduğunu bəyan edib.
Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan
iyulun 7-də ilk dəfə Moskvaya səfər edəcək. Bu barədə
Rusiya XİN-in informasiya departamentinin direktor müavini Artyom
Kojin deyib.
Onun sözlərinə görə, Mnasakanyan Moskvada Rusiya xarici işlər
naziri Serqey Lavrovla görüşəcək.
“Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və
ikitərəfli münasibətlər müzakirə olunacaq”, - deyə o bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın son
təyinatları Moskvada suallar yaradıb. Çünki yeni
təyin olunan kadrların əksəriyyəti rusofoblardır. Misal üçün,
“Moskva komsomolçusu” nəşri “niyə mülayim Paşinaynın komandasında
bu qədər rusofob var?” sualını manşetə çıxarıb. “Eadaily” saytı isə
“Paşinyanın komandasında rusofoblar: Soros “erməniyönümlü” baş
nazirin gəmisini yönəldir” deyə yazıb.
Putin Paşinyanı bağışlamayacaq və Əliyevə... - Rusiyadan inanılmaz Qarabağ XƏBƏRDARLIĞI
Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin
Livanın “Hizbullah” şiə təşkilatının döyüşçüləri İsraillə həmsərhəd
bölgələri tərk etməyi planlaşdırırlar. Bu haqda
İsrailin “Jerusalem Post” qəzeti bildirib.
Nəşrin yazdığına görə, xüsusi halda, İrana yaxın qruplaşmalar
Dera və Kuneytra şəhərlərindən çıxmaq niyyətindədir.
Xatırladaq ki, daha əvvəl İsrailin “Kanal 10” televiziyasının
yaydığı məlumata görə, İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə
rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər.
Razılaşmaya görə, İran, “Hizbullah” və ya Tehrana bağlı olan hər
hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta
bilməyəcək.
Rusiya müttəfiqini İsrailə niyə “SATDI?” – 9 may görüşünün SİRLƏRİ AÇILDI
İran parlamenti İŞİD terror qruplaşmasının Tehranda
törətdiyi terror aktları ilə əlaqədar ABŞ-ı məhkəməyə verməyə
hazırlaşır. İran məhkəmə iddiasında ABŞ prezidenti
Donald Trampın seçkiqabağı niqtlərindən istifadə edəcək.
Belə ki, Tramp seçkiqabağı kampaniyasında dəfələrlə iddia edib
ki, İŞİD-i Barak Obama (həmin dövrün prezidenti) və Hillari Klinton
(sabiq dövlət katibi) yaradıblar.
Xatırladaq ki, 2017-ci ilin iyununda İŞİD döyüşçüləri parlament
binasına və İran İslam Respublikasının banisi Xomeyninin
məqbərəsinə hücum ediblər. Terror aktları nəticəsində 10-dan çox
insan ölüb.
ABŞ Baş Qərargahının sözçüsü general-leytenant
Kennet Makkenzi Çini təhdid edib. Çinin Cənubi Çin
dənizində yerləşən adaları silahlandırmasını şərh edən
general-leytenant ABŞ ordusunun Qərbi Sakit okeanında kiçik adaları
yox etməkdə təcrübəli olduğunu deyib.
“II Dünya müharibəsində kiçik və təcrid edilmiş adaları yox
etmək mövzusunda böyük təcrübə əldə etdiyimiz bir gerçəkdir. Bu,
ABŞ ordusunun daha əvvəl də etdiyi etdiyi bir işdir”, - Makkenzi
bildirib.
Xatırladaq ki, bu ayın əvvəlində Amerika kəşfiyyatının
məlumatları ilə tanış mənbələrə istinadən CNBC telekanalının
xəbərinə görə, Çin Cənubi Çin dənizində yerləşən mübahisəli
adalarda gəmi əleyhinə qanadlı raketləri və zenit-raket
komplekslərini gizli qurub.
“Məhv etmək bizim işimizdir” – ABŞ-dan MÜHARİBƏ ELANI kimi bəyanat
ABŞ Prezidenti Trampın ölkəyə alüminium və polad
idxalına tətbiq etdiyi gömrük vergisi bugündən qüvvəyə
minib. Vergi Avropa, Meksika və Kanadaya tətbiq
edilib.
“Polşada Amerika hərbi kontingenti daimi olarsa,
Belarus öz ərazisində Rusiyanın hərbi bazasının yerləşdirilməsinə
icazə verə bilər”. “Amerikanın Səsi” radiosunun
məlumatına görə, bu haqda Brüsseldə Belarusun xarici işlər naziri
Vladimir Makey bildirdi.
Belarus ABŞ-ı HƏDƏLƏDİ: “Amerika hərbi kontingenti...”
ABŞ bütün hərbi vasitələrindən Cənubi Koreya və
Yaponiyanın müdafiəsi üçün istifadə etməyə hazırdır.
Bunu Cənubi Koreya və Yaponiyadan olan həmkarları ilə görüşü zamanı
ABŞ Baş Qərargah rəisi Cozef Danford deyib. Danford hər iki ölkənin
müdafiəsi üçün hətta nüvə silahından istifadə edilə biləcəyini
deyib.
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya
lideri Kim Çen In arasında görüş ola bilər. Bu haqda
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, belə görüş ola bilər. Onun modallığı və vaxtı diplomatik
kanallar üzrə uyğunlaşdırılacaq”, - o deyib.
Qeyd edək ki, dünən Rusiyanın xarici işlər naziri Sergey
Lavrovla Kim Çen In arasında Pxenyanda görüş keçirilib.
“Rusiya prezidenti Vladimir Putinin Donbasdan
qoşunlarını çıxarması üçün Ukraynanın qərb partnyorları Moskvaya
qarşı sanksiyaları gücləndirməli və müxtəlif beynəlxalq
strukturlarda iştirakını məhdudlaşdırmalıdır”. Bunu
“Apostrof” nəşrinə təhlükəsizlik məsələləri üzrə ekspert,
general-leytenant Vasiliy Boqdan deyib.
“On trilyon dollarla....” – Avropanın Rusiya qarşısında acizliyinin ŞOK SƏBƏBLƏRİ