Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Avstriya ilə hazırlıq oyunundan sonra (1:2) açıqlama verib.

Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, təcrübəli mütəxəssis Manuel Noyerlə bağlı yekun qərar vermədiyini bildirib.

O, qapıçı ilə danışıb sonra qərarını açıqlayacağını deyib: "Məyusedici məğlubiyyət oldu, amma Noyerin dönüşündən çox məmnunam. Bu gün pis oynamadı, amma onunla yenə danışacam və yekun qərar verəcəm ki, dünya çempionatda olacaq, ya yox".

Milli.Az