Dünən axşam saat 23.00 radələrində Aralıq dənizində, Tunis sahillərindən 16 mil uzaqlıqda miqrantların olduğu gəmi batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Tunis Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dərhal xilasedicilər hadisə yerinə göndərilib. Xilasedicilərin 37 miqrantın cəsədini çıxarıb, 68 nəfər xilas edilib. Xilas edilənlərin 60 nəfəri Tunis, 8 nəfəri digər Afrika ölkələrinin vətəndaşlarıdır.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Milli.Az