Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri yoldaşlıq oyununda qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gələcəklər.

Millimizin sükanı arxasında hələ qələbə sevinci yaşamayan çalışdırıcı səfərdə bu tilsimi qırmaq istəyir. Əsasən U-20 millisinin üzvlərindən təşkil olunan komandamızda iki itki var. Belə ki, Rövlan Muradov və Budaq Nəsirov zədə səbəbindən yığmanın heyətindən çıxarılıblar.

Qeyd edək ki, millimiz bu oyundan 4 gün sonra Bakıda Macarıstan U-21-i ilə qarşılaşacaqlar.

Yoldaşlıq oyunu

4 iyun

13:00. Qazaxıstan U-21 - Azərbaycan U-21

Milli.Az