Manuel Noyerin zədələnməsindən sonra qapıda ciddi sıxıntılar yaşayan "Bavariya" "çərçivə"yə layiqli əvəzləyici axtarır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, münhenlilər İngiltərə millisinin qapıçısı Cordan Pikforda "göz qoyub".
Bunun üçün ingilis "dəri əlcək ustası" dünya çempionatı vaxtı izləniləcək. Hazırda "Everton"da çıxış edən qapıçı 2017-ci ildə "Sanderlend"dən 15 milyon avroya transfer edilmişdi.
Qeyd edək ki, ötən mövsüm komandası ilə 46 matça çıxan Pikford 70 qol buraxıb, 12 oyunda isə qapısını toxunulmaz saxlayıb.
Milli.Az