Dünən Nyu-Yorkda, Bruklin muzeyində moda aləmində ən önəmli hadisələrindən biri olan - "CFDA" mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, bu il əsas nominasiyanın qalibləri - "Ən yaxşı qadın geyimləri dizayneri" Raf Simons olub, "Ən yaxşı kişi geyimləri dizayneri" mükafatını isə küçə brend “Supreme” alıb.

48 yaşlı model Naomi Kempbell "İkona üslubu" mükafatına layiq görülüb, dəbdə müsbət dəyişikliklər üçün “Swarovski” mükafatı modelyer Diana fon Fyurstenberqə təqdim olunub. Həyatda qazandığı nailiyyətlərə görə mükafatı Narçisso Rodrigez, “The Founders Award” mükafatı Karolina Errera alıb.

Yevgeniya Şeppard şərəfinə MEDİA mükafatını – Edvard Enniinful, Beynəlxalq mükafatı isə - Donatella Versace əldə edib.

Gecənin qonaqları arasında rusiyalı model İrina Şeyk, livanlı model Cici Hadid, Kaya Herber, Rozi Hantinqton-Uaytli, Naomi Kempbel, Kayli Jenner, Alessandra Ambrossio, Şanel İman, Eşli Qrim, Keyt Blanşet, Ember Herd, Karli Kross və başqaları olub. Dəbdəbəli geyimləri ilə tədbird göz qamaşdıran qonaqlar mükafatlar təqdim olunmazdan əvvəl fotoqraflar qarşısına çıxaraq poza verib.

Maraqlıdır ki, seçilmiş ulduzların geyimləri tamamilə fərqli olub: Şifon və krujeva dəstlər, parıltılı libaslar, kombinezonlar, klassik geyimlər və s.

Aytən