ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında tarixi sammitə hazırlıqlar tam gücü ilə davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verib.

"Sizə ilkin təqvimi açıqlaya bilərəm. İlk görüş təxminən iyunun 12-də Sinqapur vaxtı ilə səhər saat 9:00-da (Bakı vaxtı ilə 05:00-da) keçiriləcək.

Jurnalistlərdən biri Sandersə Kim Çen Inın ABŞ prezidentinə göndərdiyi məktubun məzmunu haqqında sual versə də, o, bu barədə danışmaqdan imtina edib. Sanders eyni zamanda bildirib ki, ABŞ-hələ ki, KXDR-ə qarşı sanksiyaları ləğv etməyə hazırlaşmır.

Sandersin sözlərinə görə, Şimali Koreya nüvə silahlarından tam azad olana kimi Pxenyana qarşı tətbiq olunan məhdudlaşdırıcı ölçülər qüvvədə qalacaq.

Milli.Az