Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Hökumət Təlim-Tədris Mərkəzi nəqliyyat və rabitə sahəsi üzrə çalışanların övladları üçün güzəştli yay düşərgəsi təşkil edir.

Belə ki, “TEXNO” yay düşərgəsinə övladlarını qeydiyyatdan keçirənlər 50% endirim qazanacaq.

Düşərgələr “Texno Kamp”, “Myvideo Kamp” və “İKT-yə qoşul” olmaqla üç tematik istiqamət üzrə keçiriləcək.

“Texno Kamp” düşərgəsinin proqramı: https://goo.gl/djJiUy

“Myvideo Kamp” düşərgəsinin proqramı: https://goo.gl/j716FG

“İKT-yə qoşul” düşərgəsinin proqramı: https://goo.gl/NaaGAE

Düşərgələrin iştirakçıları “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin, “KATV1” və “Cisco” şirkətlərinin sertifikatlarını əldə edəcəklər.

Qeydiyyat: https://goo.gl/m1haqn

Ətraflı məlumat üçün telefon nömrələri: (012) 127; (012) 505 01 13; (077) 505 01 13.