Londonun mərkəzində, Naytsbric səmtindəki Uilyam Stritdə yerləşən beşulduzlu, süperlüks "Mandarin Oriental" otelində yanğın baş verib.

Milli.Az BBC-yə istinadən bildirir ki, yanğın başlanan kimi oteldəki 36 müştəri və 250 əməkdaş binadan təlxiyyə olunub. Xəsarət alan yoxdur, yanğın artıq söndürülüb.

Yanğının damda başladığı vurğulanır.

Oteli qaçaraq tərk edənlər arasında dünyaca məşhur britaniyalı müğənni, 44 yaşlı Robin Uilyams da vardı.

Honkonqlu milyarderə məxsus "Mandarin Oriental"da ən ucuz nömrənin sutkalıq qiyməti 600 funt-sterlinqdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Londonda məşhur otel alışdı - müğənni qaçdı - VİDEO - FOTOLondonda məşhur otel alışdı - müğənni qaçdı -1

Londonda məşhur otel alışdı - müğənni qaçdı - VİDEO - FOTOLondonda məşhur otel alışdı - müğənni qaçdı