Mustafa Sandal köhnə basketbolçu Mirsad Türkcanın bacısı Emina Jahovic ilə 2008-ci ildə nigah masasına oturmuşdu.
Metbuat.az xəbər verir ki, oğlu olan cütlüyün keçən noyabr ayında aralarında mübahisə yaranmışdı.
Mustafa Sandalın həyat yoldaşı ilə boşanmaya qərar verməsinə səbəb isə Eminanın israfçı biri olduğu deyilirdi.
Emina Sandalın həyat yoldaşına xəyanət etməsi kimi də xəbərlər çıxmışdı. Emina Sandal Serbiya mətbuatına “elə bir şey yoxdur” şəklində açıqlama vermişdi.
Mustafa Sandal və Emina Sandalın evlilikləri bu gün Beykoz Ədliyyəsində baş tutan məhkəmə ilə sonlanıb. Uzun müddətdən bəri ayrı yaşayan cütlük boşanarkən səbəb olaraq “şiddətli keçimsizlik” göstərilib.