Ana fəryad edərək imkanlı şəxslərdən kömək istəyir – “Yalvarıram, oğlumu qaranlığa qərq olmağa qoymayın”

I qrup gözdən əlil Əzizov Zamirin anası Solmaz Əzizova Lent.az-a müraciət edib. O bildidirir ki, oğlu həm ümumi fiziki həm də gözdən əlildir: “Bu yaxınlarda gözlərində baş verən ani rahatsızlıq bizi müalicə məqsədilə İran İslam Respublikasına getməyə məcbur etdi. Burada müayinə zamanı bəlli oldu ki, oğlumun gözü karatakonus xəstəliyindən buynuzlu qişa artıq dağılmış vəziyyətdədir və təcili əməliyyat olunmalıdır. Qohum qonşunun maliyyə dəstəyi ilə əməliyyat baş tutdu. Lakin bizə bildirdilər ki, bu hələ əməliyyatın ilkin mərhələsidir”. S.Əzizova məlumat verir ki, əməliyyatın ikinci mərhələsi üçün onlara 17000 AZN məbləğində pul vəsaiti tələb olunur: “Türkiyənin İstanbul şəhərində Dünya Göz klinikasında əməliyyat həyata keçiriləcək. Yaxın üç ay ərzində bu məbləğ yığımasa oğlumun gözlərini qurtarmaq artıq mümkün olmayacaq. Ailəmizdə beş əlil var özüm oğlanlarım və həyat yoldaşım. Bu səbəbdən bizim bu məbləği yığmağa imkanımız yoxdur”. O deyir ki, “AMRAH” bank da yardım edərək oğlunun adına hesab açıb: “Bütün imkanlı şəxslərdən mənə yardım etmələri üçün bir ana kimi yalvarıram. Bu məbləğ yığılmasa mənim oğlum əbədiyyən kor qala bilər. Çox xahiş edirəm mənə bir ana kimi rəhminiz gəlsin. Oğlum göz görə-görə qaranlığa qərq olmasın. Üzümü bütün imkanlı ailələrə tutub xahiş edirəm mənə imkan daxilində maddi yardım göstərəsiniz”.

Məlumat üçün hesab nömrəsi:

Hesab :AMRAHBANK ASC “Həzi Aslanov” filialı

SWIFT BİK AMRAAZ22

Hesabın sahibi: Əzizov Zamir

Hesablaşma hesabı: AZ23AMRA00410109440826137401

Müxbir hesab: AZ89NABZ01350100000000028944

VÖEN: 1400064171

Kodu^ 509501

Telefon: 055 540 50 94

050 285 56 55

055 366 79 66