Amerikalı super model Kendall Jenner 2018 CFDA moda mükafatları mərasimindən sonra Nyu Yorkda təşkil olunan tədbirə qatılıb.
Metbuat.az xəbər verir ki, Jenner Hollivud dünyasının axın etdiyi tədbirdə həmkarları Gigi Hadid və Bella Hadidin 18 yaşlı qardaşları Anvar Hadid ilə öpüşərkən görüntülənib.
Jenner tədbirdə ikən Anvar Hadidin əlini göstərən bir fotonu da sosial şəbəkə hesabında paylaşıb. Bacıları kimi modellik edən Hadid ilə Jennerin uzun zamandır dost olduqları bilinir.
Jenner 2016-cı ildə Hadid ilə bir fotosunu paylaşaraq “Aşiqlər” yazısını yazmışdı.
22 yaşlı Jennerin keçən həftə NBA ulduzu Ben Simmons ilə birlikdə olduğu iddia edilmişdi.