Türkiyəli komediya ustası Cem Yılmaz və sevgilisi Defne Samyeli Bodrumda tətil sezonunu açıb.
Metbuat.az xəbər verir ki, əyləncəli halları ilə diqqət çəkən sevgililər gün boyu romantik mahnılar dinləyib, dəniz və günəşin dadını çıxarıb.
Cütlük keçən il aktyorun 9 milyon tl-yə satın aldığı Samatya adlı gəmidə obyektivlərə tuş gəlib.
İstidən bezən cütlük sərinləmək üçün dənizə girib. Həmin anda gəmi işçiləri qiyməti 115 min tl olan iki ədəd seobabı (dənizaltı jet-sky) hazırlayıb. Dalmaq üçün geyimini geyərkən çətinlik çəkən Samyeliyə Yılmaz kömək edib.
Cem Yılmazın bir müddətdir məşğul olduğu idmanla artıq çəkilərini atdığı gözdən qaçmayıb.