Rəşad Sadıqovun başçılıq etdiyi U-21 millimiz bu gün yoxlama oyunu keçirəcək.
Milli.Az xəbər verir ki, Sadıqovun yetirmələrinin bu dəfəki rəqibi Macarıstandır.
Qeyd edək ki, əvvəlki görüşündə U-21 yığmamız səfərdə Qazaxıstanla bərabərə qalıb - 1:1.
8 iyun
Yoxlama oyunu
20:00. Azərbaycan - Macarıstan
Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı. "Dalğa Arena"
Milli.Az