İtaliya çempionu "Yuventus" komandadan ayrılan əfsanəvi qapıçı Canluici Buffona əvəzləyici tapıb.
Milli.Az klubun saytına istinadən xəbər verir ki, Turin klubu 12 milyon avro müqabilində "Cenoa"nın qapıçısı Mattia Perini heyətinə qatıb.
25 yaşlı qolkiper 4 illik müqaviləni imzalayıb.
Qeyd edək ki, İtaliya yığmasında da bir neçə oyun keçirən Perin "Cenoa"nın öz yetirməsidir və "Padova", "Peskara" kimi klublarda da icarə əsasında çıxış edib.
Adil Nəcəfov
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

