Elgiz Əkbər məşhur reper Hüseyn Dəryanın ölümündən sonra ona zəng etdiyini bildirib.

Metbuat.az xəbər verir ki, ARB TV-nin “Səhər-Səhər” verilişinin qonaqlarından biri müğənni Üzeyir Mehdizadə olub. Müğənni Azərbaycan haqqında mahnı ifa etdikdən sonra həmin mahnıda aktyor Fəqan Məmmədovun da ifası olduğunu bildirib. Elgiz həmin an aktyorun onun başına gətirdiyi əhvalatı danışıb.

“Hüseyn Dərya təzə rəhmətə gedən vaxt idi. İşdəydim yerdə şəhər telefonuna zəng gəldi. Mən götürdüm gördüm Hüseyn Dərya danışır. Ay Allah elə telefonda qurudum. Telefonu yerə qoyandan sonra işdəkilərə dedim. Onlar da elə bildilr ki, nəsə ağlım qaçıb. Sonra üstü açıldı ki parodist Fəqanın işi imiş.”


Zaur Xatunu küsülü olduğu müğənniləri parodiya etməyə məcbur etdi - Yenə aləm qarışacaq - VİDEO - Oxumaq üçün tıkla