1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ermənistanın xarici işlər naziri müharibəyə səbəb olacaq açıqlamalar verib. Ermənistanda qədim Azərbaycan torpağı Naxçıvanla bağlı iddialar yenidən gündəmə gəlib. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ üzrə danışıqlara hazır olduğunu açıqlayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 13-də Ermənistana səfər edəcəklər. Türkiyə və ABŞ YPG-nin Münbiçdən çıxarılması mövzusunda razılaşıblar. Türkiyə Silahlı Qüvvələri Afrindən sonra PKK-nın əsas bazası olan Qəndili təmizləmək üçün hərəkətə keçib. İranın nüvə fəaliyyət 2015-ci il sazişi çərçivəsində qalacaq. Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.

Azərbaycan, Dağlıq Qarabağ

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan üzərində növbəti QƏLƏBƏ, 5 bəndlik PLAN... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Naxçıvanda 11 min hektardan artıq ərazi düşməndən azad edilib - RƏSMİ