Ötən gecə Sumqayıt şəhərində güclü yanğın hadisəsi baş verib.

Milli.Az-ın xeberle.com-a istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının birində qeydə alınıb.

Yanğın yerinə Sumqayıt Yanğından Mühafizə qarnizonundan 3 yanğın avtomobili və canlı qüvvə cəlb edilib. Yanğın nəticəsində "Qazel" markalı yük avtomobili və balıqçı qayığı yanıb.

Ərazidə 4 ədəd qayıq və bir ədəd traktor yanğından mühafizə olunub.
Hadisə yerində 1988-ci il təvəllüdlü Əliyev Elçin Bəylər oğlu yuxarı ətrafların 1-3-cü dərəcəli yanıq xəsarətləri alıb.
Xəsarət alan dərhal Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Milli.Az