İslam alimləri demişlər ki, bu barədə varid olan hədislərə görə ruqyə edib müqabilində pul götürməyə heç bir qadağa yoxdur. (İmam ən-Nəvəvi "Səhih Muslimin şərhi" kitabı, 14/188; İbn Teymiyyə "Fətəva əl-Kubra", 5/408; ər-Reyhani "Mətalibu Ulin-Nəhyi", 3/639; əl-Movsuatul-Fiqhiyyə, 23/98; İbn əl-Qudamə "əl-Muğni", 5/314-324; "əl-Furuu" əsəri, 4/435; "əl-İnsaf" kitabı, 6/47; əl-Fəvakihud-Dəvani" əsəri, 2/340; "Minəhul-Cəlil" kitabı, 7/477).
Milli.Az zikr.az-a istinadən bildirir ki, ancaq bundan sui-istifadə edərək qazanc, iş yeri kimi qələmə vermək, xəstələrdən böyük məbləğlər tələb etmək düzgün deyil. Hədislərdə buyurulub ki, ruqyənin ən xeyirlisi, insanın əlini ağrıyan yerə qoyub bildiyi surələri və ayələri oxumaqla özünə etdiyi ruqyədir.
Milli.Az