"Yuventus"dan ayrılan Canluici Buffonun karyerasını harda davam etdirəcəyi bəlli olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Buffon Fransa çempionatında çıxış edəcək. Qapıçı PSJ ilə razılıq əldə edib.

Tərəflər bu həftə ərzində - iyunun 11-12-də rəsmi müqavilə bağlayacaqlar. Artıq danışıqlar yekunlaşıb və bütün şərtlər razılaşdırılıb. Buffonla 2 illik müqavilə bağlanacaq. Onun illik məvacibi 7 milyon avro olacaq.

İndiyə qədər nə Buffon, nə də PSJ Çempionlar Liqasının qalibi ola bilməyib.

Milli.Az