Almaniyalı politoloq Aleksandr Rar Dağlıq Qarabağda müharibə xəbərdarlığı edib. Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda müharibə qorxusu artıb. G7 sammiti uğursuzluqla nəticələnib. Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib. ABŞ denuklearizasiyaya əvəz olaraq Koreya Xalq Demokratik Respublikasına təhlükəsizliyin unikal zəmanətlərini verməyə hazırdır.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan müharibəyə hazırlaşır. Almaniyalı politoloq Aleksandr Rar Ermənistan mediasında müsahibəsində tərəflərin müharibəyə hazırlaşdığını deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə münaqişənin həlli ilə bağlı danışıqların dəyişəcəyini proqnozlaşdırmaq olmur.

“Tərəflər faktiki olaraq müharibəyə hazırlaşdıqlarını açıq şəkildə elan edirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri bundan sonrakı mərhələdə daha çox gərginliyin aradan qalxması və təhlükənin dəf edilməsi istiqamətində səy göstərəcək”, - deyə almaniyalı politoloq qeyd edib.

Rusiyalı hərbi ekspert Pavel Felqenqauera da tərəflər arasında müharibə ritorikasının gücləndiyinə diqqət çəkib.

“Ermənistanın yeni baş naziri diplomatiya və hərbi ritorikanı bir-birinə qarışdırır, danışıqlar prosesində diktə edən tərəf olmaq arzusuna çatmaq istəyir və bunu diplomatiya adlandırmaq çox çətin olar. Təbii ki, Azərbaycanın bu vəziyyətdə Qarabağın danışıqlar prosesində iştirakı ilə razılaşmayacağı aydındır. Böyük ehtimalla müharibəyə hazırlıqlar aparılır”, - deyə hərbi ekspert bildirib.

Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda müharibə qorxusu artıb. Erməni ekspertlər müharibənin addım-addım yaxınlaşdığını deyirlər.

Siyasi şərhçi Sarqis Artsruni qeyd edir ki, Azərbaycan Ordusu Qarabağ və Naxçıvan cəbhəsində faktiki olaraq irəliləyir.

Nüvə silahının əvəzində YAŞAMAQ HAQQI, Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Ordusu iki CƏBHƏDƏN İRƏLİLƏYİR - Sarqis Artsruni AÇIQLADI