“Arka sokaklar”, “Yüksek sosyete”, “Dinle sevgili” kimi bir neçə serialda rol almış türkiyəli aktrisa Ceyda Tepeliler qalmaqal yaradan açıqlamalar edib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, gənc aktrisa “İnstagram” hesabında sevgilisinin adını və fotosunu ifşa edərək altına “ niyə ayrıldız deyə soruşursuz. Çünki qadınlara şiddət göstərən, evə əxlaqsız qadınlar çağıran, yalanlar danışan, xəyanət edən bir tipdən (insan deməyəcəyəm) xilas olduğum üçün xoşbəxtəm” yazıb.

Bir müddət sonra paylaşımı silən aktrisa “ 4 ildir birlikdə olduğum sevgilim idi. Evinə əxlaqsız qadınları çağırdığı mesajları gördüm. Amma həmişə inkar edirdi. Şiddət son nöqtə oldu. O paylaşımı da bir anlıq qəzəblə yazdım. Sonra dostlarım zəng etdikdə köhnə sevgilimin xüsusilə ailəsi zərər görməsin deyə paylaşımı sildim. Adətən bir çox insan sosial şəbəkələrdə dostca ayrıldıqları mesajlarını paylaşır. Elə bir ayrılıq ola bilməz” deyib.

Məşhur aktrisadan qalmaqal yaradan

Məşhur aktrisadan qalmaqal yaradan

https://metbuat.az/news/968773/sadece-1-mehsulla-d...