"Qarabağ" daha bir futbolçu ilə bağlı qərarını verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müdafiəçi Ansi Aqolli Ağdam klubunda qalıb.

Klub müqavilə müddəti başa çatan albaniyalı futbolçunun sözləşməsini uzadıb. Anlaşmaya əsasən, Aqolli gələn mövsümün sonuna qədər Azərbaycan çempionuna məxsus olacaq.

Qeyd edək ki, "Qarabağ" bir müddət əvvəl kapitan Rəşad Sadıqovla yeni müqavilə imzalamışdı.

Milli.Az