Dünya çempionatının açılış oyununda Səudiyyə Ərəbistanına qarşı oyunda Rusiyanın heyətində Aleksandr Qolovin xüsusi fərqlənən futbolçulardan biri oldu. Hazırda gənc yarımmüdafiəçinin "Yuventus"a transferi gündəmdədir

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ona "Barselona"nın futbolçuları da diqqət yetirib. Katalonların bir sıra üzvləri WhatsApp qrupunda Qolovinin Serxio Busketsə münasib əvəzləyici olduğu barədə fikirlərini bölüşüblər.

22 yaşlı Qolovin ötən mövsüm Rusiya Premyer Liqasında çıxdığı 27 oyuna 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Yuventus" onu 15 milyon avro qarşılığında heyətinə qatmağa ümid edir. "Qoca sinyora" bonuslar da nəzərdə tutub. CSKA isə 25 milyon avro tələb edib.

Milli.Az