Bu quş evinin 339

Türkiyə Tokatda tarixi Sulusokak ərazisində yerləşən Ulu Cami ilk olaraq 12-ci əsrdə Səlcuq dövründə Danişmenlilər tərəfindən inşa edilib.

Metbuat.az xəbər verir ki, 1679-cu ildə Sultan 4-cü Mehmet tərəfindən tamamilə yıxılaraq yenilənən Ulu Cami şərq və qərb istiqamətində 2 ədəd camaat yerinə sahib olması xüsusiyyəti ilə Anadolunun tək məscidi olaraq tanınır.

Düzbucaqlı şəklində inşa edilən və sütunlarla ayaqda qalan məscidin bir başqa xüsusiyyəti isə cənub-şərq hissəsində yerləşən daşdan oyulmuş quş evinə sahib olmasıdır. Məscid ilə eyni yaşda olan quş evi əcdadların heyvanlara olan sevgisinin ən əhəmiyyətli sübutlarından biri olaraq nəzərə çarpır.

Məscidə ziyarətə gələn turistlər isə ibadətxananın üzərində yerləşən quş evinin əcdadın təbiət ilə iç-içə olmasının sübutu olaraq şərh edir.

tokat-iha-1

tokat-iha-3

tokat-iha-2

https://metbuat.az/news/973380/sarimsaq-cayinin.ht...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR