Sarımsaq çayının

Sarımsaq kəskin qoxusu səbəbi ilə bir çox adamın heç yemədiyi bir qidadır.

Metbuat.az xəbər verir ki, yeyildiyi zaman kəskin ağız qoxusuna səbəb olur. Qoxusunun tam əksinə yeməklərə möhtəşəm dad verən sarımsağın sağlamlığa saysız faydaları var.

Sarımsağın qoxusunu sevmirsizsə, buna görə də yemək istəmirsinizsə sarımsaq çayı içərək bu şəfalı bitkinin faydalarından yararlana bilərsiniz.

Sarımsaq çayını hazırlamaq üçün çaydanlığa 2 və ya 3 diş sarımsaq və 2-3 ədəd mixək əlavə edin. Mixək və sarımsağı suda qaynadın. Qaynamış suyu soyumaya buraxın. Su ilıq olduqdan sonra bir çay qaşığı bal və 3-5 damla limon suyu əlavə edərək sarımsaq çayını içə bilərsiniz. Əgər mixəkin dadını sevmirsinizsə onu əlavə etməyə bilərsiniz.

Bu çayın faydaları saymaqla bitmir. Yüksək qan təzyiqini aşağı salır. Olduqca əhəmiyyətli bir antibiotikdir. Bədəni xəstəliklərə qarşı qoruyur, mikroblarla mübarizə aparır. Çox qədim dövrlərdən bəri tüperxloz xəstəliyini müalicə etmək üçün istifadə edilmişdir. Xərçəngin qarşısını almağa kömək edir, immunitet sistemini gücləndirir. Ayaqlarda qaşıntı və göbələk yaranmasının qarşısını alır. Öskürək, sinədə tıxanıqlıq kimi narahatlıqların aradan qaldırılmasına kömək edir. Qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı qoruyur. Qan şəkərini tənzimləyir, diabet yəni şəkər xəstəliyinin müalicəsinə kömək edir.

Məşhurlar dünyasında bir çox adam sarımsaq çayı sayəsində arıqladığını bildirmişdir.

https://metbuat.az/news/973311/meshur-mugenniye-ci...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR