Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq konkursda

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyətin inkişafına və təşviqinə böyük töhfələr verir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, mədəni abidələrin qorunmasına dair mühüm layihələrin müəllifidir. Layihəmizə göstərilən diqqətə görə Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.

Bu fikri Parisdə “Radio France” radiostansiyasının əsas binasında Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar konkursunun yarımfinalına dair mətbuat konfransında konkursun təsisçisi Marina Bouer bildirib.

Qeyd edib ki, bu il Heydər Əliyev Fondu tərəfindən konkursa təqdim olunan Fuad İbrahimovun namizədlik dosyesi yüksək qiymətləndirilib və o, yarımfinala yüksəlib. Ümid edirik, bu azərbaycanlı istedadlı dirijoru finalda görəcəyik.

“Radio France”ın əsas binasında Yevgeni Svetlanov IV Beynəlxalq dirijorlar konkursunun yarımfinalına həsr edilmiş mətbuat konfransında bildirilib ki, cari ildə konkursa 350 namizəd öz dosyesini təqdim edib. Onlardan 18 namizəd yarımfinala çıxıb. Azərbaycanlı Fuad İbrahimov da yarımfinalçılar arasındadır.

Qeyd edək ki, Yevgeni Svetlanov adına IV dirijorlar konkursu Parisdə “Radio France”, “France musique”, “L’orchestre philharmonique” və Heydər Əliyev Fondunun sponsorluğu ilə keçirilir. Cari ilin sentyabrında Parisdə konkursun finalı və Moskvada Yevgeni Svetlanov festivalı keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR