Tramp II Yelizaveta ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri çərçivəsində kraliça II Yelizaveta ilə görüşəcək.

Metbuat.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Böyük Britaniyadakı səfiri Vud Conson “Sky News”-a bildirib.

Onun sözlərinə görə, kraliça ABŞ prezidentini iyulun 13-də Vindzor qəsrində qəbul edəcək.

Səfər çərçivəsində D.Tramp həmçinin Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR