Dünya çempionatının qrup mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
Publika.az xəbər verir ki, C qrupunda II tura yekun vurulacaq. D qrupunda isə bir görüş baş tutacaq.
İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gələcək.
Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkəcək. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.
Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxacaq. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə üz-üzə gələcək. Cənubi amerikalılar şansı möcüzəyə saxlamamaq üçün mütləq qələbə qazanmalıdır.
DÇ-2018. 2-ci tur
21 iyun
C qrupu
16:00. Danimarka Avstraliya
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Samara, "Kosmos Arena"
19:00. Fransa – Peru
Baş hakim: Mohammed Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)
Yekaterinburq, Mərkəzi stadion
Turnir cədvəli
|
1. |
Fransa |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
|
2. |
Danimarka |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
3. |
Avstraliya |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |
|
4. |
Peru |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
D qrupu
22:00. Argentina – Xorvatiya
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod. Şəhər stadionu
Turnir cədvəli
|
1. |
Xorvatiya |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
|
2. |
Argentina |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
|
3. |
İslandiya |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
|
4. |
Nigeriya |
1 |
0 |
0 |
1 |
0-2 |
0 |