Alena və Sasha Parker adlı əkizlər Dubayı bir-birinə qatıb.
Metbuat.az xəbər verir ki, 37 yaşlı əkizlər Birləşmiş Ərəb Əmirliklərində olduqca qeyri-adi bir cinayət törədiblər. Hadisənin detalları qadınları həyatları qədər qeyri-adi bir hal alıb.
İki bacı Rusiyada doğulub böyüdükdən sonra oxumaq üçün Londona köçüblər. Bacılardan Alena orada Miles Parker ilə film çəkilişləri zamanı tanış olub və 2001-ci ildə evlənib.
Saşa da bacısı ilə eyni soyadı paylaşmaq üçün dəyişiklik edib. Miles Parkerə görə bacıları bir-birindən ayırmaq çətin idi.
2005-ci ildə bacılar İngiltərə vətəndaşı olublar. 2007-ci ildə Dubayda birlikdə yaşayacaqları mənzilə köçüblər. 2017-ci ildə Dubayda lüks bir otelin kənarında sərxoş halda tapılıblar. Onları tapan polis məmurlarının ifadələrinə görə, hadsə Parker bacılarından biri təcili yardım avtomobilin qapısını onlara kömək edən bir səhiyyə işçisinin əlinin üzərinə bağlaması ilə başlayıb. Ətrafdakılar polisi çağırıb.
Polis gəldikdə əkizlərdən biri kənarda oturub, digəri isə ucadan qışqırıb. Əkizlərin sərxoş olduğu müəyyən edilib. Polislər tərəfindən saxlanılan bacılar müqavimət göstəriblər və polis məmuruna hücum çəkiblər.
Hücuma məruz qalan polis məmuru xəstəxanaya yerləşdirilib. Əkiz bacılar isə məhkəməyə çıxarılıb.Bacılar haqqında 6 aylıq həbs cəzası və daha sonra ölkədən kənarlaşdırılma qərarı alınıb.


