Bakıda magistral su kəmərində qəza baş verib.

Bu barədə Metbuat.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Sabunçu rayoninin bir hissəsinə suyun verilişində fasilə olacaq.