Metbuat.az dünyanın ən bahalı meyvələrini təqdim edir.
1 ədədi 83 dollar olan çiyələk- ona çiyələk deyilsə də bu çiyələk görünüşlü bir sərvətdir. Bu çiyələklər Tokioda bir restorandaa satılır. Çiyələklərin ölçüsü və rəngləri eynidir. Baxıldığı zaman heç bir şəkildə qüsur görülmür. Qiyməti bahalı olmasına baxmayaraq çiyələklərdən gündə 50 qutu satılır.

500 qramı 160 dollar olan gilas- lüks restoranlar müştərilərini cəlb etmək üçün çoxlu xərc çəkirlər. Mükəmməl formaya sahib və ləkəsiz meyvələri təqdim etmək üçün əllərindən gələni edirlər. Tokioda yarım kilosu 160 dollar olan gilas da o meyvələrdən biridir.

Cupuacu- Cənubi Amerikaya məxsus bir meyvədir. Yetişmiş bir qovun böyüklüyündə olan bu meyvə daha çox bir tərəvəzə oxşayır. Bu meyvənin qabıqları olduqca sərt olduğundan onu kəsmək üçün çox kəskin bıçaqdan istifadə etmək lazımdır. Ananası xatırladan dadı ilə adətən xəmiş işlərində istifadə olunur. Bu meyvəni Cənubi Amerika xaricində dünyanın hər hansı bir yerində tapmaq demək olar ki, imkansızdır. Cupuacunun 450 qramı 250 dollardır.

Monstera Deliciosa- meyvə salatı olaraq tanınır və orta Amerikanın tropikal meşələrində yetişir. Monsteranın yetişməsi bir il çəkir. Son dərəcə faydalı olan meyvə çiy yeyildikdə bədəndən toksin atılmasını təmin edir. Meyvə salatlarına fərqli bir dad qatır.

Durian- meyvə kralı olaraq tanınır, amma çox pis bir qoxuya sahibdir. Olduqca sərt qabığı var. Qoxusu çox pis olsa da olduqca dadlı bir meyvədir. Bu meyvənin tək başına 200 dollar qiyməti var.

Kvadrat qarpız- dənəsi 800 dollara satılan bu qarpızların ürək şəklində satılanları da mövcuddur. Bu meyvəni istehsal etməkdə məqsəd yeməək deyil, əylənməkdir.

Yapon densuke qarpızı- dünyada sadəcə şimali Yaponiyanın Hokkaidu bölgəsində hər il 1000 ədəd istehsal olunur. Qiyməti isə 4 min dollardır.
