Azərbaycan Türkiyədən "SOM-B1" raketi alıb.

Metbuat.az "AzeriDefence"ə istinadən xəbər verir ki, "SOM"un ilk ixracat müştərisi olan Azərbaycan sistemin B1 modelini alıb.

Sistem ilk dəfə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən paradda sərgilənib.

Aysel Yaqubqızı / Metbuat.az