Şimali və Cənubi Koreya arasında dəmiryol xətti çəkiləcək.

Metbuat.az "TRT Haber.com"a istinadla xəbər verir ki, bu barədə Kim çen Inla Mun Çje İn zirvə toplantısında danışıqlar aparıblar.

Məsələ ilə bağlı hər iki ölkədən səlahiyyətli şəxslər Panmunjom atəşkəs qəsəbəsində bir araya gəliblər. Sözügedən dəmiryol xətti iki ölkənin fiziki olaraq birləşməsinə istiqamətlənmiş addımlardan biri olacaq.

Aysel Yaqubqızı / Metbuat.az