“Barbie” və “Ken” gəlincikləri kimi görünmək istəyən bəzi insanlar böyük səylər nəticədində xəyallarındakı görünüşə sahib ola bilirlər.
Metbuat.az xəbər verir ki, estetik əməliyyatla bu adamlar “Barbie” və “Ken” gəlincikləri və ya hər hansı bir cizgi film qəhrəmanı kimi görünməyə çalışırlar.
“Youtube” kanalından makyaj və stil məsləhətləri verən Rose “Barbie” kimi görünə bilmək üçün estetik əməliyyatdan deyil, makyajdan istifadə edir.


Ən böyük xəyalı cizgi film qəhrəmanı Jessica Rabbite bənzəmək olan Pixe Fox xəyalına çatmaq üçün dəfələrlə əməliyyat masasına uzanıb. O, hətta bu arzusunu həyata keçirmək üçün qabırğalarını belə çıxardıb.

“Ken” gəlinciyinə bənzəmək arzusu ilə təxminən 500 dəfə estetik əməliyyat keçirən Justin Jedlica bu zamana qədər 500.000 dollar pul xərcləyib.


Bu ana qədər 398 min sterlinq xərcləyərək 55 plastik cərrahiyyə və 107 prosedur keçirdiyini deyən Alves “Ken gəlinciyindən Peter Penə dönüşəcəyimi düşünürəm. Yaşlanmaq istəmirəm və çox yaxşı bir iş gördüyümü düşünürəm” deyib.


Oyuncaq gəlinciklərə bənzəmək üçün saatlarla güzgü qarşısında vaxt keçirənlərdən biri də Anastasiya Shpaginadır. Hər hansı bir estetik əməliyyat keçirməyən Shapinga xəyallarını makyaj vasitəsilə həyata keçirir.


"Barbie" gəlinciyinə bənzəmək üçün dəfələrlə əməliyyat masasına uzanan ukraniyalı Valeria 1.74 boyundadır və 90-60-90 bədən ölçülərinə sahibdir.



