Safura Əliyeva üzünü gizlətdiyi qızı Ayişə ilə instaqramda şəklini paylaşıb.
Publika.az xəbər verir ki, S.Əliyevanın makiyajsız halda və qızı ilə paylaşdığı fotosu marağa səbəb olub.
Xatırladaq ki, S.Əliyeva Azərbaycanı 2010-ci ildə “Eurovision” musiqi yarışmasında layiqli şəkildə təmsil edərək 5-ci yerdə qərarlaşmışdı. Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra müğənnilik karyerası ilə birdəfəlik vidalaşan Safura 2 övlad sahibidir.
Fərhad Əliyevin ilk nikahından Aliyə adlı daha bir qızı var.