Türkiyədə Ağrının Doğubayazıt bölgəsində bir nəfər başından vurulmuş şəkildə ölü tapılıb.

Metbuat.az xəbər verir ki, Yaygınyurt kəndi sahilində elektrik dirəyinə bağlanmış şəkildə hərəkətsiz duran adamı görən vətəndaşlar polisə xəbər verib.

Cümhurriyyət prokukorluğu və Bölgə Jandarma Komandanlığı işçilərinin etdiyi araşdırmada silahla başından vurularaq öldürüldüyü müəyyən edilən adamın Mevlut Bengu adlı şəxs olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.

https://metbuat.az/news/978534/dunyada-bas-vermis-...