Yaşadığımız dünyada həqiqətlərin olduğu qapının ardında bambaşqa hadisələr var.
Metbuat.az dünyada baş vermiş ən qorxunc və qeyri-adi hadisələri təqdim edir.
Nəhəng insan skeleti- 1895-ci ildə Dyer tərəfindən mineral araşdırmaları zamanı tapılan bu nəhəng skelet boyunun ölçülməsi məqsədi ilə bir qatar vaqonunun qarşısına qoyulub. Yüksəkliyi 3 metr 70 santimetr, ağırlığı 2050 kiloqramdır. Nəhəng skeletin bu fotodan sonra nə olduğu bilinmir.

İspaniyanın Andaluzya əyalətində la Moraleda adlı 2000 nəfərin yaşadığı kiçik bir qəsəbədə elm adamlarının heç bir həll tapa bilmədiyi sirli hadisələr baş verib. 23 avqust 1971-ci ildə başlayan bu hadisə mətbəxdən gələn səslərdən sonra divarda yaranan rəsmlərdən çıxmışdır. İlk zamanlar ləkə olaraq görülən divardakı izlər daha sonra insan surətli rəsmlər olaraq ortaya çıxmışdır. Bu hadisədən sonra divarı qıran ev sahibi divarın içindən sümüklərin çıxdığını görüb. Ölkənin tanınmış rahibləri və paranormal elm adamları bu hadisəni araşdırmış, amma heç bir həll tapa bilməyiblər.

Macarıstan əsilli olan Kontesin həyat yoldaşı öldükdən sonra cadugərliklə məşğul olduğu və bir çox ayinlərə qatıldığı deyilib. Bir saçını dartan xidmətçisinə vurub və üzünə ondan qan sıçrayıb. Bu hadisədən sonra güzgüyə baxan Kontes gözəlləşdiyini sanıb. Xüsusilə bakirə qızları qaçırıb onlara işgəncələr edib. Daha sonra qurduğu qurğular ilə onların qanı ilə çimib. Tam olaraq 612 bakirə qızı qaçırıb, qanları ilə çimdikdən sonra hadisə aşkar olunub. Bununla da otaq həbsinə məhkum olunan Kontes həbdə ikən intihar edib.

Dəmir maskalı adam məşhur məcəra kitabı və filmlərin əksinə həqiqətdə yaşanmış bir hadisədir. 1703- cü ildə Bastil həbsxanasında kamerasına təkrar aparılan məhkumun vəziyyəti yaxşı deyildi və o gecə ölmüşdü. Bu məhkumun kim olduğu bilinməsə də, o zamanki kralın qeyri-qanuni oğlu və ya 14-cü Lui olan kralın yerinə gələcək həqiqi kral idi. Kral bu şəxslə xüsusilə maraqlanmışdır və onun haqqında sağlamlığı xaricində danışanlara ölüm cəzası verilməsi təlimatını vermişdi. Bu şəxsin hələ də kim olduğu bilinmir. Kamerasından cəsədi çıxarılan bu adam bütün əşyaları ilə birlikdə yandırılmışdı.
