İsrail ordusu Qəzza Zolağında yer alan Rifah şəhərinə top atəşilə hücum təşkil edib.

Metbuat.az "TRT Haber.com"a istinadla bildirir ki, hücum nəticəsində 2 fələstinli yaralanıb.

Xəstəxanadan verilən məlumata görə, başına şrapnel parçaları dəyən bir yaralının vəziyyəti isə ağırdır.

İsrail məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Aysel Yaqubqızı / Metbuat.az