Saxta içki 8 nəfərin həyatına

İndoneziyada saxta içki 8 nəfərin ölümünə səbəb olub.

Metbuat.az "Cakarta Qlob" qəzetinə istinadla bildirir ki, təngənəfəslik, mədə bulantısı, görmə qabiliyyətinin itirilməsi, bulanıq görmə şikayəti ilə xəstəxanaya daxil olan şəxslərin həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər ölümə səbəb saxta içkinin olduğunu açıqlayıb.

Xatırladaq ki, aprel ayında saxta içki 100 nəfərin həyatına son qoyub.

Polisin ölkə daxilində apardığı əməliyyatlar zamanı 11 nəfər həbs edilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR