Çəktiyi fotolar və videolar ilə minlərlə insanı izləyicisinə çevirən soial şəbəkə istifadəçilərinin qazandığı pullar hər kəsi təəcübləndirir.
Metbuat.az sosial şəbəkə vasitəsilə varlanan gənc fenomenləri təqdim edir.
İtaliyada universitetdə oxuyarkən bloq qurma fikri ilə yola çıxan və "theblondesalad.com" adlı bloqunda etdiyi paylaşımlar ilə adını tanıdan Chiara Ferragni bugün ən çox tanınan moda bloggeridir.
Moda, səyahət və həyat tərzi sahəsində etdiyi paylaşımlar ilə diqqət çəkən Ferragni lüks markalı işbirlikləri ilə diqqət çəkir. İllik gəliri isə təxminən 8 milyon dollardır.

Fotoqraf və səyahət bloqqeri olaraq məşhurlaşan Murad Osman səyahət etdiyi ölkələrdə həyat yoldaşının əlindən tutaraq çəkdiyi fotolar ilə tanınıb. Təxminən 5 milyon izləyicisi olan bloqqer bu sahədə ən çox tanınan adlardandır.


Jak Morris sevgilisi ilə birlikdə dünyanı gəzir və bu sahədə sosial şəbəkə paylaşımları edir. 2.4 milyon izləyicisi ilə ən çox tanınan sosial şəbəkə məşhurları sırasındadır.


Meksikalı Mariand Castrejon 2010-cu ildə açdığı “Youtube” kanalı ilə makiyaj, gözəllik və moda sahəsində paylaşımlar edir. 14 milyondan çox abunə sayı olan “Youtuber” aylıq 50 min dollara qədər gəlir əldə edir.


“Youtube”da özünü komediya sahəsində tanıdan Roman Atvuud 2010-cu ildə açdığı “Youtube” kanalında 7 milyondan artıq abunəyə sahibdir. 5 milyard dollara yaxın bir sərvətə sahib olduğu deyilən Atvuud soial şəbəkənin zəngin etdiyi adlardandır.


Kanadada doğulmuş Bachelor vine vasitəsilə məşhurlaşan bir addır. Yaradıcı və gülməli videoları video başına 50 ilə 89 min dollar arasında pul qazanmasına kömək edir.
