1974-cü ildəki referendum ilə cümhurriyəti mənimsəyən Yunanıstanda maddi dəstək ala bilməyən kral ailəsinin hələ də ehtişamlı həyat tərzi diqqətlərdən qaçmayıb.
Metbuat.az xəbər verir ki, fərqli ölkələrdə müxtəlif sayda evi olan kral ailəsi yaşadıqları hər ölkənin seçilmiş mühitlərində xüsusi dizaynerlər tərəfindən dizayn edilmiş evlərdə yaşayır.
Ailənin başında kral Konstantin dayanır. Onun arxasından 51 yaşlı şəhzadə Pavlos və 48 yaşlı həyat yoldaşı Maria Chantal gəlir. Cütlüyün 5 uşağı var. Ailə uşaqlarının təhsili üçün 2004-cü ildə Nyu-yorkdan London və Çelsiyə köçüb. Orada seçilən mühit olan Chenyne yoluna köçüb və Roman Abramoviçin 100 milyon sterlinq dəyərində olan evinin olduğu mühitə yerləşiblər.
Nyu-yorkda isə iki fərqli evdə yaşayırlar. Şəhzadə Oliympia və Soho bir binadakı mənzildə yaşayır. Mənzilin tək yataq otağı var və aylıq qiyməti 9000 dollardır.





