Rusiya Prezidenti Vladimir Putin hərbi qüvvələrinin Suriyadan çəkildiyini açıqlayıb.

Metbuat.az "A Haber"ə istinadla bildirir ki, Putin bu barədə hərbiçi tələbələr üçün keçirilən məzuniyyət tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son bir neçə gündür ki, Rusiya Silahlı Qüvvələrinə aid 13 təyyarə, 14 vertolyot və 1140 nəfər Suriyadan geri çəkilib. Putin keçən il Xmeymim hərbi bazasına ziyarətindən sonra Rusiyanın Suriyadan hərbi qüvvələrini çəkməyə başladığını da xatırladıb.

Prezident məzun olan hərbçilərə Suriyadan qayıdan əsgərlərin təcrübəsindən yararlanmağı məsləhət görüb.

Aysel Yaqubqızı / Metbuat.az