İraqın baş naziri Heydər-əl-Abadi İŞİD-ə məxsus 12 terrorçunun edam edilməsi üçün əmr verib.

Metbuat.az "Milliyyet"ə istinadla bildirir ki, bu səhər edam edilən terrorçular 8 əsgərin qaçırılması və öldürülməsinə görə cəzalandırılıblar.

Qeyd edək ki, İŞİD 2014-cü ilin iyun ayından İraqın ikinci şəhəri Mosulda xilafət elan edib və ölkənin böyük hissəsini ələ keçirib.

Aysel Yaqubqızı / Metbuat.az