ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı
müğənni Roza Zərgərli olub.
Publika.az xəbər verir ki, aparıcı Elgiz Əkbərin
müğənini efirə dəvət etməsinin ardından Əli Mirəliyev diz çökərək
“Sevdim səni Roza” deyə mahnı oxuyub. Studiyaya ayaq basan Roza
Zərgərli də Əli Mirəliyevin yanına gələrək diz çökərək onu
qucaqlayıb.
Roza Zərgərli diz çökməsinin səbəbini də izah
edib:
“Bu boyda böyük insan qarşımda diz çökürsə, mən çarəyəm. Üç gün üç
gecə belə dayanacağıq. Əli müəllimi illər boyu tanımışam və illər
boyu da biz gənclərə lazım olan dərsimizi də verib”.
Sözügedən görüntüləri təqdim edirik: