Rahat və universal olması sayəsində şortlar uzun illərdir ki, xanımların yay qardrobunun ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə tənqid obyekti və qadınların günah aləti kimi qiymətləndirilən qısa şortlar demək olar ki, dünyanın bütün ölkələrində yayın əsas trendlərindən biridir.

Amma bu yazıda metroda qısa şortikli qızla hansısa yaşlı xalanın macəralarından danışmaq fikrimiz yoxdur. Mövzudan çox uzaqlaşmadan deyək ki, retrosayağı şortlar yenidən populyarlığın zirvəsindədir.

Publika.az xəbər verir ki, ekranın keçmiş ikonaları əvvəlki kimi dəbi diktə etməyə davam edirlər.

Çoxsaylı arxivlər göstərir ki, XX əsrin ən gözəl qadınları qısa şortlarda gözəl görünməyi çox yaxşı bacarırdılar. Onlar şortları çox məharətlə qırmızı xalıda kuturye libasları kimi geyinirdilər. Melanxolik gözəl Odri Hepbern mini şortların böyük pərəstişkarı idi. Bayağı görünməmək üçün o, şortları dama-dama kişi köynəyi ilə geyinirdi.

Носите короткие шорты на высокой таÐ

Merilin Monro 1950-ci illər

Носите короткие шорты на высокой таÐ

Əfsanəvi kino ulduzu Merilin Monro isə ağ və ya bej şortları eyni rəngli köynəklərə birləşdirməyə üstünlük verirdi.

Ceyn Fonda

Носите короткие шорты на высокой таÐ

Digər məşhur aktrisa Ceyn Fonda bəyaz şortlarını tünd üst geyimləri ilə uyğunlaşdırardı.

Oliviya Nyuton-Con 70-ci illər

Retrosayağı hündürbel şortiklər dəbdədir - FOTO

70-ci illərin məşhur müğənnisi və avstraliyalı aktrisa Oliviya Nyuton-Con isə yayın bu trendini trikotaj toplarla geyinərdi.

Loren Bekol

Retrosayağı hündürbel şortiklər dəbdədir - FOTO

Aktrisa Loren Bekol uzunluğunu balanslaşdırmaq üçün 1940-cı illərin dəbinə uyğun olaraq kimono və ya ağ pambıq soroçka atardı.

Ceyn Birkin

Retrosayağı hündürbel şortiklər dəbdədir - FOTO

Sərin yay axşamlarında isə yay dəstini Ceyn Birkin yüngül yay pencəyi və ya plaşı iıə tamamlamaq olar.

Aytən