Nigeriyanın Laqos şəhərində yanacaq tankerinin avtomobil ilə toqquşması nəticəsində yanğın çıxıb.

Metbuat.az "Reuters" xəbər agentliyinə istinadla bildirir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb.

Nigeriya Təcili Yardım Rəhbərliyi Agentliyi müdiri Adesina Tiamiyu yanğının ətrafa sıçraması nəticəsində 50 maşının yandığını açıqlayıb.

Bölgəyə xilasetmə briqadası cəlb olunub.

Aysel Yaqubqızı / Metbuat.az