23:53
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşıb.
Bu, Qurban Qurbanovun yetirmələrinin yay fasiləsindəki 3-cü matçı idi. Bakı vaxtı ilə 20:30-da başlayan görüşün taleyini 1 qol həll edib. Belə ki, Suriya yığması birinci hissədə vurduğu yeganə qolla meydanı qalib tərk edib.
Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk iki yoxlama matçında "Ludoqorets" (Bolqarıstan - 1:1) və "Vakker İnsbruk"la (Avstriya - 0:0) heç-heçə edib.
Yoxlama oyunu
30 iyun
"Qarabağ" - Suriya milli komandası - 0:1
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev
21:38

19:07
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşacaq.
Bu, Qurban Qurbanovun yetirmələrinin yay fasiləsindəki 3-cü matçıdı. Görüş Bakı vaxtı ilə 20:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk iki yoxlama matçında "Ludoqorets" (Bolqarıstan - 1:1) və "Vakker İnsbruk"la (Avstriya - 0:0) heç-heçə edib.
Yoxlama oyunu
30 iyun
20:30. "Qarabağ" - Suriya milli komandası
Milli.Az