ABŞ-da uzun müddət qarın ağrısı və artıq çəkidən əziyyət çəkən qadının qarnından şiş çıxarılıb.
Metbuat.az "TRT Haber"ə istinadla bildirir ki, hadisə Kayla Rahn adlı qadının başına gəlib. Kökəldiyini düşünən Rahn həkimə müraciət edib. Həkim onun yumurtalıqlarından 23 kiloqramlıq şiş çıxarıb. Rahnın həkimi şişin xoşxassəli "musinoz" kista növü olduğunu bildirib.
Əməliyyat uğurla keçib. Qadın çəkisinin normaya düşdüyünü bildirib.
Həkimlər bildirib ki, "musinoz" kistaların orta diametri 50 santimetr, ağırlığı isə 160 kiloqrama qədər çata bilir.
Aysel Yaqubqızı / Metbuat.az