İranın Huzistan əyalətində əhali arasında kütləvi zəhərlənmə qeydə alınıb.
Metbuat.az "İRNA" agentliyinə istinadla bildirir ki, rəsmi açıqlamaya görə zəhərlənənlərin sayı 350 nəfərə çatıb.
Bölgədə 20 saat su gəlmədiyi üçün əhali qonşu bulaqlardan su ehtiyaclarını qarşılayıblar. Rəsmilər bildirir ki, zəhərlənmə bu səbəbdən baş verib.
Xəstəxanalardan verilən məlumata görə, əhali yüksək qızdırma və ishal şikayətləri ilə müraciət ediblər.
Aysel Yaqubqızı / Metbuat.az